Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində konfrans keçirildi - FOTOLAR

Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində konfrans keçirildi - FOTOLAR

Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, konfransa dəvət olunmuş mədəniyyət və incəsənət xadimləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri M.Ə.Sabirin məzarını ziyarət edib.

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölgəsinin rəhbəri, yazıçı Orxan Fikrətoğlunun aparıcılığı ilə keçirilən konfransda dahi şairin həyat və yaradıcılığı ətrafında geniş məruzələr dinlənilib.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirin keçdiyi həyat yolundan, onun yaradıcılığına göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açıb.

Tədbir çərçivəsində “Letterpress” nəşriyyat evi tərəfindən yeni tərtibatda 7 cilddən ibarət “Hophopnamə”nin təqdimati keçirilib.

Cebhe.info