Kommunist Partiyası Fransa Senatına etiraz etdi

Kommunist Partiyası Fransa Senatına etiraz etdi

Azərbaycan Kommunist Partiyası (AKP) Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə ilə bağlı bəyanat yayıb.

Cebhe.info-ya daxil olan bəyanatda deyilir:

“Fransa Senatı ermənilərin müdafiəçisidir. 15 noyabr 2022-ci il tarixdə Fransa Senatında ölkəmiz əleyhinə qətnamə qəbul olunub. Fransanın Azərbaycana qarşı qərəzinin səbəbi nədir? Bu, Fransa parlamentində Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdirmək təşəbbüsü və Fransa hökumətinin ölkəmizə qarşı növbəti təzyiqdir.

1990-cı ildən etibarən Fransa parlamentinin həm aşağı, həm də yuxarı palataları tərəfindən ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul olunub. Belə qətnamələrin mahiyyəti bölgəmizdə ara qarışdırmaqdan başqa bir şey deyil.

Erməni maraqlarına xidmət edən qərar və qətnamələr Fransa cəmiyyətinin maraqlarını ifadə etmir. Fransa Senatı dövlətin marağını erməni lobbisinə qurban verir. Fransa bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə - terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirir.

Fransa parlamentinin yuxarı palatası – Senat növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz daha bir qətnamə qəbul edib.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Ən önəmlisi də budur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqlarla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərindən əl çəkməyən qüvvələr - Fransa Senatı 2020-ci il noyabrın 25-də, Aşağı Palata Milli Assambleya isə 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasının əleyhinə qətnamə qəbul etmişdi.

Fransa Konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiq desək, Respublika Prezidentinin səlahiyyətinə aid olduğundan, bu sənədləri Yelisey Sarayının qətnamələri kimi qəbul etmək olar.

Göründüyü kimi Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşama prosesinə töhfə verməkdənsə əsassız iddialarla öz ərazi bütövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərir. Biz bunu, həm də rəsmi Parisin siyasi terroru kimi də qiymətləndiririk. Fransanın özbaşınalığının səbəbi onun özünün Avropada liderlik iddiası ilə bağlıdır.

30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa Ermənistanla Azərbaycan müharibənin dayandırılmasını və münaqişəyə son qoyulmasına özünün töhfəsini vermək əvəzinə qarşıdurmanı qızışdırmaqla məşğul oldu. Hazırda sıradan çıxarılmış ATƏT-in Minsk qrupunun ölmüş fəaliyyətini dirçəltmək cəhdləri gündəmdən düşmür”.

Bəyanatda vurğulanıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında Fransanın imzasına ehtiyac olmadı və tək Rusiyanın iştirakı ilə müharibəyə və uzunömürlü münaqişəyə son qoyuldu:

“Bu da Fransanın Avropada liderlik iddiasına ciddi zərbə oldu. Hazırki şəraitdə Minsk qrupunun hərəkətsizliyinə ehtiyac duymayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə apardığı danışıqıarda iştirakçı olmaq, Azərbaycana qarşı müəyyən təzyiqlər nümayiş etdirməklə Ermənistana və dünya ermənilərinə öz sədaqətini təsdiqləməkdir. Eyni zamanda mümkün üsullarla Türkiyənin Cənubi Qafqazda artan rolunun qarşısını almaqdır.

Fransa tarixdə işğalçı dövlət olaraq qalıb. Onun tarixi qan-qada ilə doludur. Bu xüsusiyyətinə görə o Ermənistana daha çox oxşayır. Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa, Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir.

BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin, müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir.

Makron Fransasının bu davranışı müsəlman dünyasına nifrətdən doğur. O, hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir. Rəsmi Paris Afrikadakı məğlubiyyətinin acığını erməniləri bəhanə edərək Azərbaycandan çıxmağa səy göstərir.

Paris danışıqlar prosesində Ermənistanı tək qoymaq istəmir. Fransada erməni lobbisi və diaspor təşkilatları güclüdür. ümumən, ölkədə erməni faktoru kifayət qədər strukturlaşıb. Ona görə rəsmi Paris Ermənistanla bağlı fövqəladə bir iş görmək istəyir ki, Ermənistanın döyüş meydanındakı acınacaqlı məğlubiyyətini sığortalasın.

Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi üçün yeni reallıqlar mövcuddur və bu reallıqları diktə edən rəsmi Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısı Şuşada 8 noyabr Zəfər Günü ilə bağlı həbçilərlə görüşündə Ermənistanın kiməsə, hansı qüvvələrəsə güvənərək fərqli davranmaq istəkərinin də onun üçün hansı fəlakətli durumu doğura biləcəyindən söz açdı, xəbərdarlıq etdi. Bu xəbərdarlıqdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində təmsil olunan bütün tərəflər kimi, Fransa da nəticə çıxarmalıdır”.

Cebhe.info