İran-İsrail qarşıdurmasının Azərbaycana hansı təsirləri olacaq?

İran-İsrail qarşıdurmasının Azərbaycana hansı təsirləri olacaq?

İsrail bu yaxınlarda İranın Suriyadakı konsulluq binasını vurduqdan sonra iranlı deputatlardan birinin “İsrailin Azərbaycandakı səfirliyini hədəf alaq” təklifi İsrail-İran qarşıdurmasının Azərbaycana təsir edə biləcəyinin ilk işartısı idi.

“Cebhe.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün “Facebook” hesabında yazıb.

O bildirib ki, İran İsrailə raket atarsa və ya hansısa digər şəkildə konsulluq binasına hücuma cavab verərsə, İsrail İrana qarşı növbəti həmləsini həyata keçirəcək:

“Əlbəttə, Azərbaycan olaraq biz bu qarşıdurmaya qarışmayacağıq, ancaq reallıq bundan ibarətdir ki, İranla münasibətlərimizdə suallarımız var, İsraillə isə tərəfdaşlıq münasibətlərimiz davam edir. 

İsrail-İran qarşıdurmasının davamlı hal alması və müharibəyə keçməsi ehtimalı İranın daxilində proqnozlaşdırması çətin olan hadisələrə səbəb ola bilər. İsrail İranın Suriyadakı konsulluq binasını hədəf alarkən, bunu da hesablamamış deyil, bəlkə də hədəflərindən biri bu olub. İranda qərar verən mərkəzlər bunu anlamışlar ki, İsrailə necə cavab verəcəyi barədə qərar verməkdə çətinlik çəkirlər”.

“Cebhe.info"