Rusiya ilk dəfə Hindistandan alüminium alıb

Rusiya ilk dəfə Hindistandan alüminium alıb

“Ukrayna müharibəsi Rusiyanı daxili bazarda daha bir çətinliklə üzləşdirib”.

“Cebhe.info” xəbər verir ki, bunu politoloq Elxan Şahnoğlu deyib. 

O bildirib ki, Hindistan 2024-cü ildə ilk dəfə Rusiyaya alüminium tədarük edib: 

“Məsələ burasındadır ki, Rusiya özü bu günə qədər alüminiumun dünyada ikinci ən böyük ixraçatcısı idi. Rusiya ötən ilin sonunda bu metalın tədarükünü 6,5 milyard dollara çatıb.

Buna baxmayaraq, Hindistan aprel ayında Rusiyaya 16,5 milyon dollar dəyərində 44,8 min ton xam alüminium ixrac edib. Görünür, Rusiyanı Hindistandan alüminium almasına səbəb daxili bazardakı çətinliklər olub”.

“Cebhe.info”