“20 Yanvar”a gedən yol bağlandı

Ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava nəqliyyatın hərəkətinə ciddi problem yaradıb.
Paytaxtda yolları, körpüləri su basıb, hərəkət çətinləşib.
“Cebheinfo.az” xəbər verir ki, səhər saatlarında Bakı-Şamaxı yolundan “20 Yanvar” istiqamətinə gedən yollar bağlanıb. Buna dair görüntülər sosial şəbəkələrdə yayılıb. Şəbəkə istifadəçiləri bunu yolu su basması ilə əlaqələndiriblər. Sərnişin avtobusu daxil, heç bir nəqliyyat vasitəsinin keçməsinə icazə verilməyib. Sadəcə Sumqayıt yolu ilə hərəkətə icazə verilib.
Xəzər
“Cebheinfo.az”