35 nömrəli məktəbdə sonuncu təlim keçirilib

35 nömrəli məktəbdə  sonuncu təlim keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin “Azad torpaqlara qayıdış!” Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri layihəsi çərçivəsində 1 iyul 2024-cü ildə Bakı şəhər 35 nömrəli tam orta məktəbdə sonuncu təlim keçrildi.   

Təlimin sonuncu günündə müəllimlər qiymətləndirmə barədə öyrəndiklərini ümumiləşdirdi. Müəllimlərin peşəkarlığının artırılmasında qiymətləndirmə bacarıqlarının inkişafının yüksək əhəmiyyət daşıdığı nümunələr bir daha vurğulandı. Müəllimlərin istəklərinə uyğun olaraq sertifikasiya imtahanının ikinci mərhələsi, müsahibə mərhələsi barədə geniş müzakirə təşkil olundu. Müsahibə zamanı vaxt bölgüsü üzrə meyarlar müəllimlərə təqdim edildi. Soruşula biləcək suallar ətraflı izah olundu. İştirak edən müəllimlər yüksək aktivlik nümayiş etdirdi. Sonda qiymətləndirmənin daha səmərəli və məqsədyönlü olması üçün müəllimlərin təklifləri dinlənildi. Layihə rəhbəri Pərvanə Talıbova və təlimçi Nüşabə Mehtiyeva layihənin davamı olaraq, həmin təkliflərin həyata keçirilməsi üçün müəllimlərlə əməkdaşliq edəcəyini bildirdi.

"Cebhe.info"