79 saylı avtobusda problem: “Müdriyyət icazə vermir”

Sərnişinlər 79 saylı avtobusdan şikayətçidir.
Cebhe.info-ya daxil olan şikayətdə bildirilib ki, 79 saylı avtobusda sürücülər kondisionerləri işlətmirlər.
Sərnişin İlhamə Kərimovanın sözlərinə görə, sürücü kondisionerin işlədilməsini tələb edən sərnişinlərə “Müdriyyət icazə vermir” cavabını verib və kondisioneri işlətməkdən imtina edib.
Vilayət Muxtar
Cebhe.info