Aqrar Tədqiqatlar Mərkəzi auditor seçir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Cebheinfo.az" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini sentyabrın 24-nə qədər ATM-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 92 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 24-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
"Cebheinfo.az"