AQTA-dan Bakıda kütləvi zəhərlənmə iddiasına REAKSİYA

AQTA-dan Bakıda kütləvi zəhərlənmə iddiasına REAKSİYA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda baş verdiyi deyilən kütləvi zəhərlənmə ilə bağlı iddiaya reaksiya verib.

Qurumdan Oxu.Az-a verilən xəbərə görə, qeyd olunan məlumatla bağlı AQTA və aidiyyəti qurumların əməkdaşlarının araşdırmaları zamanı hadisənin qida zəhərlənməsi olmadığı və xəstələrə qida zəhərlənməsi diaqnozunun qoyulmadığı məlum olub.

“Səhhətində narahatlıq hiss edən şəxslər tibbi müayinə və ilkin yardımdan sonra evə buraxılıb”, - deyə AQTA-dan bildirilib.

Cebhe.info