"Bilim hər yerdə” layihəsi Laçında

"Bilim hər yerdə” layihəsi Laçında

Aprelin 25-26-da Laçın rayonunun və Zabux kəndinin orta məktəblərində “Bilim hər yerdə” layihəsi gerçəkləşib.

“Cebhe.info” xəbər verir ki, layihə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzi tərəfindən reallaşdırılır.

Məqsəd ucqar ərazilərdə yaşayan 6-14 yaş arası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.

Həmçinin maarifləndirici, intellektual oyunlar təşkil olunub və “Bilim şou” nümayiş etdirilib. Sonda şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.

Nigar
“Cebhe.info”