Millimizin oyunlarının vaxtı açıqlandı

Millimizin oyunlarının vaxtı açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin seçmə oyunlarının təqvimi müəyyənləşib.

"Cebhe.info" xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamız Avropa çempionatının 2024/25 mövsümünün seçmə mərhələsində 7-ci qrupda mübarizə aparacaq. U-19 noyabrın 13-də İrlandiya, 16-da İslandiya, 19-da isə Moldova ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrupun matçları Moldovada keçiriləcək.

"Cebhe.info"