Son 14 gün: Zelenskinin yerinə namizədlər tapılıb - SİYAHI

Son 14 gün: Zelenskinin yerinə namizədlər tapılıb - SİYAHI

Ukrayna lideri Vladimir Zelenski öz vətəndaşlarının rəğbəti uğrunda mübarizəni uduzmağa başlayır.

ABŞ artıq onun yerinə adam axtarır. “Cebhe.info” xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosundan məlumat verilib.

Məlumatda qeyd edilir ki, ABŞ Kiyev meri Vitali Kliçko və Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko ilə əlaqə qurub,  eyni zamanda, Ali Radanın keçmiş spikeri Dmitri Razumkov və keçmiş baş komandan, Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Valeri Zalujnı ilə işləyir.

“Ukrayna rəhbərliyinin təcili dəyişdirilməsinə ehtiyac yaranarsa, bu şəxslər ABŞ üçün tələb oluna bilər”,-deyə yazılır. 

SVR əlavə edib ki, cəbhədəki vəziyyət pisləşərsə, bu mümkün olacaq. Qeyd edilib ki, bu halda bütün uğursuzluqları Zelenskinin üzərinə atmaq mümkün olar.

Xatırladaq ki, Vladimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatacaq, lakin ölkədə hərbi vəziyyətə görə seçkilər olmayacaq.

Xəzər
“Cebhe.info”