Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib

Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin oyunlarının tarixləri dəqiqləşib.

"Cebhe.info" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlar mayın 7, 8, 10 və 11-də keçiriləcək.

Yarımfinallarda iki qələbə qazanan klublar finala yüksələcəklər. Komandalar hərəyə bir qələbə qazanacağı təqdirdə, mayın 13-də seriyanın üçüncü oyunları baş tutacaq.

Azərbaycan Basketbol Liqası

Yarımfinal mərhələsi

7 may

19:30. "Sabah" - "Xırdalan"

8 may

19:30. "NTD-İndiqo" - "Xəzri"

10 may

19:30. "Xırdalan" - "Sabah"

11 may

19.30. "Xəzri" - "NTD-İndiqo"

Qeyd edək ki, qarşılaşamalar "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

"Cebhe.info"