“Cebhe.info” yazdı: Problem həll edildi - FOTOLAR

“Cebhe.info” yazdı: Problem həll edildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, Abşeron rayonu Saray qəsəbəsində Məhəmməd Əsədov küçüsində yerləşən ərazidə avtomobillər üçün quraşdırılmış işıqforun (svetafor) zədələndiyi üçün təmirə ehtiyacı vardı.

Məsələ ilə bağlı “Cebhe.info”-nun sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirmişdir ki, tezliklə problem aradan qaldırılacaq.

Xatırladaq ki, “Cebhe.info” tərəfindən martın 14-də qaldırılan məsələ martın 27-də aiddiyyəti qurumun əməkdaşlarının səyi nəticəsində öz müsbət həllini tapıb.

Həsən Məmmədov
“Cebhe.info”