Dəmiryol Xəstəxanası bu məqsədlə istifadə ediləcək - RƏSMİ

Dəmiryol Xəstəxanası bu məqsədlə istifadə ediləcək - RƏSMİ

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, bu ilin iyulun 1-dən rayon, şəhər çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək:

"Sözügedən xəstəxananın da bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Bu barədə ətraflı məlumatlar mütəmadi olaraq təqdim ediləcək”.

"Cebhe.info"