Eşqi Bağırov: "Yoxlamalar ilin sonunadək davam edəcək"

Eşqi Bağırov: "Yoxlamalar ilin sonunadək davam edəcək"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarında apardığı yoxlamaları ilin sonuna qədər davam etdirəcək.

“Cebhe.info” xəbər verir ki, bunu Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov xatırladıb ki, aparılan monitorinqlər zamanı Dağlıq Şirvan Regional Təhsil İdarəsində bəzi müsabiqələrin keçirilmə qaydalarının və təlimatı sənədlərin icrasında pozuntular aşkarlanıb və idarənin rəhbəri işdən çıxarılıb.

O qeyd edib ki, yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır:

“Qaydaların və təlimatların pozulması halları yolverilməzdir”.

Nigar
“Cebhe.info”