“Gənclik Mall”a taksi ilə gedib-gələnlərin nəzərinə - VİDEO

Bakının Nərimanov rayonu - Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) hərəkətin təşkilində daha bir dəyişiklik edilib.
"Cebheinfo.az" xəbər verir ki, “Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsi - mindirib-düşürmə yeri yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib.
Bildirilib ki, məntəqə “Gənclik Mall”un ikinci girişində, parklanma bölgəsində, Xoyski və Olimpiya küçələrinin kəsişməsində yerləşir.
Həmin görüntüləri təqdim edirik:
"Cebheinfo.az"