İrəvanda sərhəd dirəkləri quraşdırılıb - FOTOLAR

İrəvanda sərhəd dirəkləri quraşdırılıb - FOTOLAR

Dünən və bu gün İrəvan küçələrində Azərbaycanla sərhəddəki Tavuşda quraşdırılmış sərhəd dirəklərinin maketləri quraşdırılıb.

Bu yolla Azərbaycana güzəştlərin paytaxtın özünə də çatacağı barədə xəbərdarlıq edilib. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Vətən üçün Tavuş” təşəbbüsünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Bu, təkcə Tavuşun problemi deyil. Bu, bütün ermənilərin və Ermənistanın problemidir”,-deyə bildirilib.

Xəzər
“Cebhe.info”