Qrant müsabiqələrinə layihə qəbulu başladı

Qrant müsabiqələrinə layihə qəbulu başladı

Bu gündən etibarən kiçik, orta, böyük qrant müsabiqələrinə layihələrin qəbulu başlayıb.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyindən bildirilib.

Qeyd olunub ki, sistemdə müvafiq şəxsi kabinet yaradan QHT-lər aşağıdakı linkə daxil olmaqla layihələrini təqdim edə bilərlər: https://portal.ngogrant.az/ .

Layihələrin qəbulu üçün son tarix dekabrın 25-dir.

Məlumata görə, yalnız sistemdə şəxsi kabinet yaratdıqdan sonra layihə təqdim etmək olar.

Əlavə məlumat üçün: https://t.ly/ngo/elan1

"Cebheinfo.az"