Lökbatanda qaz olmayacaq

Lökbatanda qaz olmayacaq

Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Lökbatan qəsəbəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 12-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu müddətdə 1-ci, 2-ci və 3-cü massivlərin, Nizami, Musəvi, S.Orucov küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Cebheinfo.az"