Təhsil Nazirliyində kütləvi ixtisarlar: 1300 nəfər...

Təhsil Nazirliyində kütləvi ixtisarlar: 1300 nəfər...

ABŞ Təhsil Departamenti “yenidənqurma prosesi” çərçivəsində 1300 mülki işçini işdən çıxarmaq planlarını açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, nazirlik rəsmilərindən biri olan Reyçel Oqlesbi açıqlamasında bildirib ki, “yenidənqurma prosesi” çərçivəsində planlaşdırılan ixtisarlar tezliklə baş tutacaq.

Təhsil Şöbəsinin işçilərinin ümumi sayının 4000-dən çox olduğunu və onlardan 1300 nəfərin ixtisar edilməsinin planlaşdırıldığını qeyd edən Oqlesbi, nazirliyin Nyu- York, Boston, Çikaqo və Klivlend kimi şəhərlərdəki binalarının icarə müqavilələrinə də xitam verdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp ikinci müddətində "federal bürokratiya və israfçılığı azaltmaq" üçün siyasətlər qəbul edəcəyini açıqlayıb və vəzifəyə gəldiyi gündən etibarən Ədliyyə Nazirliyi başda olmaqla müxtəlif federal qurumlarda çalışan bir çox insanı işdən çıxarıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"