Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye istehsalı azalıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında 10,7 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 3,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.

Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 31,8%-i emal sektorunda, 6,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

"Cebheinfo.az"