Tanınmış vəkil necədir? - “Artıq danışır”

Tanınmış vəkil necədir? - “Artıq danışır”

Bir müddət öncə tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində yaranan problemlərlə bağlı Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Vəkilə üçüncü dəfə insult diaqnozu qoyulmuşdu.

Vəkilin son vəziyyəti ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında həyat yoldaşı Zemfira Mustafayeva bildirib ki, onun vəziyyəti indi normaldır: 

“Yavaş-yavaş vəziyyəti yaxşılaşır. Hazırda müalicəsi evdə davam edir. Əvvəlkinə nisbətən çox yaxşıdır. Əvvəllər danışa bilmirdi, artıq danışır. Fikrini izah edə bilir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”