Səhmlər sürətlə ucuzlaşır: Neft Fondunun gəlirlərinə necə təsir edəcək?

Səhmlər sürətlə ucuzlaşır: Neft Fondunun gəlirlərinə necə təsir edəcək?

Azərbaycan Dövlət Neft Fondu "Tesla", "Meta", "Microsoft", "NVIDIA", "Apple", "Google" kimi şirkətlərə böyük yatırımlar edib. 

Hazırda bu şirkətlərin səhmləri sürətlə dəyər itirməkdədir. Eyni zamanda neftin qiyməti də ucuzlaşmaqdadır.

Artıq 100 milyardlarla olan itkilər Dövlət Neft Fondunun gəlirlərinə də ciddi təsir göstərəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, baş verən proseslərlə bağlı Dövlət Neft Fondunun açıqlamasına ehtiyac var:

“Çünki doğurdan da S&P 500 kimi indekslərə daxil olan şirkətlərdə ucuzlaşmalar var. Bunun Dövlət Neft Fonduna nə dərəcədə təsir göstərməsi ilə bağlı açıqlama versə, daha yaxşı olar. 

Çünki istənilən halda müəyyən itkilər orada mümkündür. Ola bilməz ki, itkilər olmasın. Neftin qiymətinin düşməsi isə ümumiyyətlə, Dövlət Neft Fondunun gəlirlərinə mənfi təsir göstərir.

Neft nə qədər ucuzdursa, Dövlət Neft Fonduna neft satışından daxilolmalar bir o qədər azalacaq”.

Artıq məsələ ilə bağlı Dövlət Neft Fonduna sorğu göndərilib. Fonddan yaxın günlərdə sorğumuza cavab veriləcəyinə ümid edirik.

Nigar Abdullayeva
“Cebheinfo.az”