Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Təhsil İnstitutundan “Cebhe.info”-ya verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.

Nigar
“Cebhe.info”