Qızı olacağına görə küçəyə atıldığı deyilən qadınla bağlı qalmaqal: “Şou yaradır”

Qızı olacağına görə küçəyə atıldığı deyilən qadınla bağlı qalmaqal: “Şou yaradır”

Qız övladı olacaq deyə ana bətnində körpəsi ilə çölə atılıb.

Bu barədə "Xəzər" TV-də yayımlanan "Təsir Dairəsi" verilişində məlumat verilib. 39 yaşlı Tahirə başına gələn bu hadisənin detallarını danışıb. Üç övladı olan ana altı ildir müxtəlif çətinliklərlə üzləşdiyini bildirib. Belə ki, çarəsiz ana üçüncü övladını dünyaya gətirərkən onun digər iki övladı sığınacağa yerləşdirilib.

Məsələ ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qadın çölə atılmayıb: 

"O uşaqlar da bizim sığınacağa tam rəsmi qaydada yerləşdirilib. Qadın televizyada şou göstərərək insanların diqqətini cəlb etmək istəyirsə, burada bizim və sığınacağa uşaqları yerləşdirən qurumların günahı yoxdur. Şou yaradır, lakin bizim əlimizdə kifayət qədər faktlar var. O qadının əvvəlcə davranışları yoxlanılıb elə efirə çıxarılmalıydı". 

Ləman İsmayıl 
"Cebhe.info"