ABŞ satışı təxirə saldı

ABŞ satışı təxirə saldı

“Wall Street Journal” (WSJ) qəzeti ABŞ-dəki Co Bayden administrasiyasının İsrailin Qəzzada istifadə etdiyi təxminən 6500 Birgə Birbaşa Hücum Sursatının (JDAM) satışını təxirə saldığını iddia edib. 

"Cebhe.info" xəbər verir ki, "WSJ"-nin məsələ ilə tanış olan rəsmilərə əsaslanaraq verdiyi məlumata görə, hökumət idarə olunmayan bombaları idarə olunan bombaya çevirən təxminən 6.500 min JDAM-ın İsrailə satışını təxirə salıb. 

Bayden administrasiyası təxminən 260 milyon dollar dəyərində JDAM-ın satışı ilə bağlı hadisələri izləmədiyi üçün sövdələşmə dayanıb. 

ABŞ rəsmiləri bəyan ediblər ki, hökumət mart ayından bəri İsrailə müxtəlif döyüş sursatları da daxil olmaqla təxminən 1 milyard dollar dəyərində digər razılaşmalarla bağlı da Konqres prosesini irəli aparmayıb. 

Silah satışı prosesi ilə tanış olan və adının açıqlanmasını istəməyən Konqres rəsmisi açıqlamasında "Bu, xüsusilə İsrail üçün, xüsusən də müharibə zamanı qeyri-adi bir vəziyyətdir",-deyib. 

Nigar Hacılı 
"Cebhe.info"