Adıyamanda zəlzələ
Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Sincik rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 9.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
"Cebhe.info"