Baham adaları Fələstini tanıdı

Baham adaları Fələstini tanıdı

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəlib. 

"Cebhe.info" xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə davam etdirmək hüququnu dəstəklədiyi bildirilib. Bəyanatda Baham adalarının iki dövlətli həll yolunu dəstəklədiyi və Fələstini bir dövlət olaraq rəsmən tanıdığı paylaşılıb. Xatırladaq ki, Barbados və Yamayka da aprel ayında Fələstini dövlət kimi tanımışdı. 

Nigar Hacılı 
"Cebhe.info"