Ermənistan müxalifəti deputatlıqdan imtina edə bilər

Ermənistan müxalifəti deputatlıqdan imtina edə bilər

“Biz o halda parlamenti buraxmaq və növbədənkənar seçkilərə getmək üçün mandatlarımızı atacağıq ki, Nikol Paşinyan Baş nazir səlahiyyətlərini icra etməsin və seçkilərdə özünə səs vermək üçün inzibati resurslardan istifadə edə bilməsin”. 

“Cebhe.info”-nun məlumatına görə, “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan parlamentdə keçirdiyi ənənəvi brifinqdə belə deyib. 

O, bunu ədalətli seçkilərin keçirilməsinin əsas şərti adlandırıb. Etimadsızlıq göstərilməsi məsələsinə gəlincə, onun qiymətləndirməsinə görə, belə prosesə ciddi ictimai konsolidasiya şəraitində başlamaq lazımdır ki, nəticəyə ümid etmək mümkün olsun. 

Müşfiq Abdulla 
“Cebhe.info”