Fransada deputatlar Fələstin dövlətini tanımağa çağırıb

Fransada deputatlar Fələstin dövlətini tanımağa çağırıb

Fransada 27 deputat hökuməti Fələstin dövlətini tanımağa çağırıb.

"Cebhe.info" xəbər verir ki, Fransada Yaşıllar Partiyasının üzvü Sabrina Sebaihi, Fransa-Fələstin Beynəlxalq Araşdırma Qrupunun 27 üzvünün prezident Emmanuel Makrona yazdığı ortaq məktubu “X” sosial media hesabında paylaşıb.

Məktubda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMTŞ) daimi üzvü və “Avropa İttifaqının (Aİ) arxasındakı hərəkətverici qüvvə” olan Fransanın sülh üçün çalışmaq məsuliyyəti daşıdığı qeyd edilir və sülhün bərpasına çağırır. “Münaqişələrə son qoyacaq və iki dövlətli həll yolunu açacaq diplomatik prosesin zəruri olduğu” qeyd edilib.

Mürciətdə Fransada deputatlar Fələstin dövlətini tanımağa çağırıb:

“Sözügedən qətnamə layihəsinin icrası tələb edilib və məqsədin İsraillə yanaşı sülh və təhlükəsizlik şəraitində demokratik və suveren Fələstin dövlətinin yaradılması olduğu bildirilib”.

Nigar Hacılı 
"Cebhe.info"