Kralın "çirkli pul" yuyan nəvəsi ölkəsinə VERİLƏCƏK

Kralın "çirkli pul" yuyan nəvəsi ölkəsinə VERİLƏCƏK

Paris Apellyasiya Məhkəməsi keçmiş Rumıniya Kralı II Karolun (1893-1953) nəvəsi Pol-Filip Hohenzollernin ölkəyə ekstradisiyası barədə qərar qəbul edib. 

"Cebheinfo.az" vu barədə "Ştirile ProTV"-yə istinadən məlumat verir.

Məlumata görə, hökmdən sonra Fransa hakimiyyəti keçmiş kralın nəvəsini evində tapa bilməyib və onu beynəlxalq axtarışda olan şəxslər siyahısına əlavə edib.

Qeyd olunur ki, Pol-Filipin qərardan apelyasiya şikayəti vermək üçün beş günü var. Rumıniya Ədliyyə Nazirliyi bildirib ki, Paris məhkəməsinin qərarı ölkələr arasında effektiv əməkdaşlığın uğurudur".

Digi24 televiziya kanalının məlumatına görə, 2025-ci ilin aprel ayında Pol-Filip Fransada saxlanılıb və Rumıniya hüquq-mühafizə orqanlarının tələbi ilə ev dustaqlığına buraxılıb. Rumıniyada o, korrupsiya, "çirkli pul"ların yuyulması və əvvəllər kral ailəsinə məxsus torpaq sahələri ilə bağlı fırıldaqçılıqda ittiham olunur.

Bu, Rumıniyanın keçmiş kralının 77 yaşlı nəvəsinin Avropa hüquq-mühafizə orqanlarının nəzarəti altına düşməsi ilə bağlı ilk hal deyil. 2024-cü ilin əvvəlində o, Maltada həbs olunaraq iki ay həbsdə saxlanılıb, daha sonra girov müqabilində azadlığa buraxılıb. 

"Politico"-nun məlumatına görə, Malta məhkəməsi onun yaşlılığı və Rumıniya monarxiyasının tarixindən irəli gələn unikal mövqeyi səbəbindən Rumıniyaya ekstradisiyasından imtina edib. 

Pavel-Filipin vəkili iddia edib ki, müvəkkilinin təqibi prezident seçkiləri ərəfəsində siyasi motivlərlə həyata keçirilib.

Pavel-Filip Hohenzollern 1930-cu və 1940-cı illərdə ölkəni idarə edən II Karolun nəvəsidir. 2020-ci ildə Rumıniya Ali Cinayət Məhkəməsi onu Buxarest ətrafındakı bir yerdə korrupsiya və daşınmaz əmlak fırıldaqçılığına görə üç il dörd ay müddətinə azadlıqdan məhrum edib. Hökm çıxarıldığı zaman Pavel-Filip Fransada idi.

Xəzər 
"Cebheinfo.az"