Hər iki Baş nazir eyni komandaya azarkeşlik edirmiş - VİDEO

Hər iki Baş nazir eyni komandaya azarkeşlik edirmiş - VİDEO

Özbəkistan milli komandasının Dünya Kubokundakı uğurunu izləyən rusiyalılar həm öz ölkələrinə azarkeşlik etmiş olurlar.

"Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

O, bunu Mədəni Əlaqələrin Gücləndirilməsi və Yaradıcı Sənayelərin İnkişafı üzrə Beynəlxalq Konfransda müzakirə zamanı qeyd edib. 

Müzakirə iştirakçıların Özbəkistan Baş naziri Abdulla Aripovun çıxışından sonra futbolun yaradıcı sənaye hesab edilib-edilmədiyini müəyyən etmək barədə sualı ilə başlayıb.

Moderator, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Mixail Şvıdkoy bildirib: "Rusiyaya azarkeşlik etmək bizim üçün çətin olduğundan indi Özbəkistana azarkeşlik edirik".

"Özbəkistana azarkeşlik etməklə Rusiyaya azarkeşlik edirik", - deyə Mişustin Özbəkistan komandasına uğurlar arzulayıb.

Xatırlatma: Özbəkistan 2026-cı il Dünya Kubokunda açılış oyununda Kolumbiyaya 3-1 hesabı ilə məğlub olub.

Azərbaycan Baş naziri Əli Əsəsdov da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşdə bu ölkənin yığmasına azarkeşlik etdiyini bildirib. 

"Cebheinfo.az"