Lavrovdan Ermənistanla bağlı açıqlama

Lavrovdan Ermənistanla bağlı açıqlama

Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ermənistanda mövcud vəziyyət nikbinlik yaratmır:

"Ermənistan rəhbərliyi uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.

"Cebhe.info"