Malayziyada ticarət tərəfdaşlarına qəribə hədiyyə

Malayziyada ticarət tərəfdaşlarına qəribə hədiyyə

Malayziya palma yağı ixrac etdiyi ölkələrlə əlaqələrini yaxşılaşdırmaq üçün bu ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırdığını açıqlayıb.

"Cebhe.info" Malayziyanın “Bernama” xəbər agentliyinə istinadən xəbr verir ki, plantasiyalar və əmtəə naziri Datuk Seri Cohari Andul Qani "X" hesabındakı paylaşımında ölkəsinin oranqutanlardan diplomatiya vasitəsi kimi istifadə planı ilə bağlı açıqlama verib.

Qani bildirib ki, Malayziya palma yağı satdığı Hindistan və Çin kimi ölkələrlə ikitərəfli münasibətlərini yaxşılaşdırmaq üçün ticarət tərəfdaşlarına oranqutanlar hədiyyə etməyi planlaşdırır.

Dünyanın ən böyük palma yağı istehsalçılarından biri olan Malayziyanın istehsal zamanı meşələrin qorunması və ətraf mühitin davamlılığı mövzusunda diqqətli olduğunu vurğulayan Qani, "Oranqutan diplomatiyasını mənimsəməklə, Malayziyanın biomüxtəlifliyi qorumaq üçün sarsılmaz qərarlılığını nümayiş etdirməyi hədəfləyirik" deyib.

Malayziya və İndoneziya qlobal palma yağının 85 faizini istehsal edir ki, bu da onların iqtisadiyyatlarında mühüm rol oynayır.

Nigar Hacılı 
 "Cebhe.info"