Məhşur reperə hücum

Məhşur reperə hücum

Kanadanın Toronto şəhərində məşhur reper Dreykin evinin qarşısında silahlı hücum olub. 

Hücum zamanı evin mühafizəçisi güllələnib.

"Cebhe.info" xəbər verir ki, Toronto polisinin verdiyi açıqlamaya görə, hücum çərşənbə axşamı baş verib. Polis mühafizəçinin güllələndiyini və xəstəxanaya aparıldığını bildirib.

Hadisənin evdən kənarda baş verdiyi və mühafizəçinin evin qapısında işləyərkən güllələndiyi bildirilib. 

Mühafizəçinin xəstəxanada müalicə altına alındığı öyrənilib. Hadisə zamanı Dreykin evdə olub-olmaması ilə bağlı suallara cavab verilməsə də, səlahiyyətlilərin sənətçinin komandası ilə əlaqə saxladığı və onun istintaqla əməkdaşlıq etdiyi bildirilib.

Polis hücumun səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb. Hadisə yerindən qaçan çoxlu şübhəlinin olduğu və polisin təhlükəsizlik kamerası görüntülərini araşdırdığı bildirilib. 

Nigar Hacılı 
"Cebhe.info"