Mina 7 nəfərin həyatına son qoydu

Mina 7 nəfərin həyatına son qoydu

Nigeriyada "Boko Haram" terror təşkilatının fəaliyyət göstərdiyi Borno əyalətində minanın partlaması nəticəsində 7 nəfər həyatını itirib.

"Cebhe.info" xarici KİV-ə istinadən bildirir ki, Borno əyalətinin Maiduquri-Dikva-Qamboru Nqala avtomobil yoluna terrorçular tərəfindən qoyulan mina sərnişinləri daşıyan avtobus keçərkən partlayıb.

Partlayış nəticəsində 7 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Baş vermiş hadisəyə görə məsuliyyəti hələlik üzərinə götürən olmasa da, terror təşkilatı "Boko Haram"ın bölgədə oxşar hücumlar təşkil etdiyi məlumdur.

Nigar Hacılı 
"Cebhe.info"