NATO-dan görüş açıqlaması: “Kiyev ancaq bunu istədi”

NATO-dan görüş açıqlaması: “Kiyev ancaq bunu istədi”

“NATO Ukraynaya qoşun yeritməyəcək”.

“Cebhe.info”  “La Repubblica”-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq NATO-nun Ukraynada qüvvələr yerləşdirmək planının olmadığını deyib. O əlavə edib ki, Kiyev də bunu tələb etməyib. Baş katib etiraf edib ki, ötən həftə Ukrayna hakimiyyəti ilə görüş zamanı qoşunların göndərilməsi ilə bağlı heç bir söhbət olmayıb:

“Kiyev yalnız hücum artilleriyasını istədi”.

Əvvəllər Stoltenberq dəfələrlə Ukraynaya qoşun göndərmək planının olmadığını bəyan edərək, eyni zamanda alyans ölkələrinin Ukraynaya əhəmiyyətli hərbi dəstək verdiyini qeyd edib. Ukraynaya mümkün qoşun yeridilməsinə əvvəllər Fransa prezidenti Emmanuel Makron icazə verib, lakin bunu NATO, eləcə də ABŞ, Polşa, Almaniya və Baltikyanı ölkələr ayrıca dəstəkləməyib.

Xəzər
“Cebhe.info”