“O, Kremldədir, qərarlar qəbul edir”

“O, Kremldədir, qərarlar qəbul edir”

Avropa İttifaqı ölkələrinin Rusiya Prezidenti Vladimir Putinin legitimliyinin tanınması ilə bağlı vahid mövqeyi yoxdur.

“Cebhe.info” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib.

O, mayın 7-də Moskvada Rusiya Prezidentinin andiçmə mərasimində Aİ səfirlərinin iştirakı ilə bağlı avropalı jurnalistlərin suallarını belə cavablandırıb.

“Prezidentin legitimliyinin tanınması və ya tanınmaması və ya andiçmə mərasimində iştirak məsələsi milli səviyyədə qəbul edilən qərarlardır. Aİ ölkələrinin Prezident Putinin legitimliyinin tanınması və ya tanınmaması ilə bağlı ortaq mövqeyi yoxdur. O, Kremldədir, qərarlar qəbul edir”, - Stano bildirib.

Xəzər
“Cebhe.info”