Paşinyan: “Azərbayacan və Türkiyə ilə düşmənçilik…”

Paşinyan: “Azərbayacan və Türkiyə ilə düşmənçilik…”

“Ermənistanın mövcudluğunun məqsədi respublika vətəndaşlarının azadlığını, xoşbəxtliyini və rifahını təmin etməkdir”. 

“Cebhe.info” xə verir ki,bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, slaydlarda Ermənistanın daxili, xarici strategiyasını və baxışını göstərməyə başlayıb.

“Ermənistanın hüquqi nizamı xalqın razılığına əsaslanan ədalətdir. Ölkədə ədalətə həmişə ehtiyac olub, lakin ədalət etalonunun müəllifi, yaradıcısı və mənbəyi Ermənistan xalqının özü olması çox vacibdir.

Regional mühitimiz belədir: Gürcüstan və İranla mehriban qonşuluğu dərinləşdirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etmək, azaltmaq, aradan qaldırmaq, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, dərinləşdirilməsi və inkişafı.

Biz xarici əlaqələrin şaxələndirilməsi, orduda islahatların aparılması, hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin tətbiqi şəklində təhlükəsizliyin təmin edilməsini nəzərdə tuturuq. Bütün bunlar legitimliyə əsaslanmalıdır. Məhz iqtisadi inkişafla bütün bu tezislərin həyata keçirilməsi mümkündür”, - deyən Paşinyan bütün bunlar üçün sülhün zəruri olduğunu bildirib.

“Yalnız sülh Ermənistanın təhlükəsizliyinə təminat verə bilər. Biz sülh gündəliyini ölkənin təhlükəsizliyinin təmin edilməsi vasitəsi kimi qəbul etmişik və təhlükəsizlik təminatı sistemi kimi həyata keçiririk. Tavuş bölgəsində quraşdırılan sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyini təmin edən sütunlardır. Biz bu sütunların sayını artırmaq üçün hər şeyi edəcəyik”, - deyə  o vurğulayıb.

Xəzər
“Cebhe.info”