Paşinyan: "Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var"

Paşinyan: "Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var"

"Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var və onlar dilə gətirilir".

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında danışıb.

Paşinyan Moskvada Putinlə görüşəcəyini təsdiqləyib. Ermənistan baş naziri mətbuat konfransında sabah Moskvaya gedəcəyini və orada Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik edəcəyini açıqlayıb. Onun Rusiya prezidenti ilə də ikitərəfli görüşü olacaq.

Paşinyan Rusiya Federasiyası ilə münasibətlərin gündəmini son dərəcə müxtəlif adlandırıb: "Rusiya Federasiyası ilə dostluq münasibətləri kontekstindən neqativləri çıxarmaq üçün digər məsələlərlə yanaşı, mövcud problemlər də səsləndirilir".

"Cebhe.info"