Peskov: "Görüş hər iki tərəf üçün lazımlıdır"

Peskov: "Görüş hər iki tərəf üçün lazımlıdır"

Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçiriləcək görüş hər iki tərəfə lazım və gözləniləndir.

Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib:

“Dövlət başçısının çox gərgin iş qrafiki davam edir. Bu gün gün əsasən Avrasiya inteqrasiyası mövzusuna həsr olunub. Günün ortasında Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası başlayacaq. O, ənənəvi olaraq dar formatda, genişləndirilmiş formatda olacaq, iştirakçılar mütləq birlikdə şəkil çəkdirəcək, ailə fotosu çəkdirəcəklər".

Peskovun sözlərinə görə, bu tədbirin yekun sənədlərini imzaladıqdan sonra Putin MDB iştirakçılarının nümayəndə heyətlərinin rəhbərləri və Kuba prezidentinin şərəfinə qeyri-rəsmi şam yeməyi verəcək:

“İş gününün sonunda prezident Putinlə Ermənistanın baş naziri Paşinyan arasında ayrıca ikitərəfli görüş də planlaşdırılır. Görüş zəruridir və hər iki tərəfdən gözlənilir”.

"Cebhe.info"