Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib

Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib

Polşa indi avronu iqtisadiyyata daxil etməyə hazır deyil.

Bunu Polşanın maliyyə naziri Ancey Domanski deyib.

“Realist olmalısınız. Faktlar, fikrimcə, birmənalıdır - Polşa iqtisadiyyatı hazırda avronu qəbul etməyə hazır deyil”, - nazir bildirib.

Qeyd edək ki, 2004-cü ildə Avropa İttifaqına üzv olan 10 ölkədən yalnız 3-ü hələ də avroya keçməyib - Polşa, Macarıstan və Çexiya.

"Cebhe.info"