Qazaxla sərhəddəki bu kənddə iş başladı

Qazaxla sərhəddəki bu kənddə  iş başladı

Ermənistanın Qazaxla sərhəddəki Günən (Kirants) kəndində geodeziya işləri davam edir. 

Kənddə çox sayda polis qüvvələri var. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri”nə kənd sakinləri məlumat veriblər.

“Qeyri-müəyyən vəziyyətdir. İndi kəndə yığışmışıq, işlərin gedişini izləyirik, amma kənd sakinlərindən çox polis var”, - deyə kənd sakinlərindən biri bildirib.

O, kəndin bir hissəsinin İrəvana yürüşdə niyə iştirak etmədiyini izah edərək, “Uşaqlarımızı tək qoya bildiyimiz kimi, kəndi də nəzarətsiz tərk edə bilməzdik”,-deyib.

Sakinlərin sözlərinə görə, kənddə vəziyyət müsbətə doğru dəyişməsə də, valideynlər artıq uşaqlarını məktəbə göndərirlər.

Xəzər
“Cebhe.info”