Rusiyanın puluna Ukrayna üçün silah alınacaq

Rusiyanın puluna Ukrayna üçün silah alınacaq

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i Ukraynanın hərbi ehtiyacları üçün istifadə olunacaq.

Bunu Almaniya kansleri Olaf Şolz bildirib.

Beləliklə, Aİ ölkələri bu gəlirlərin istifadəsi ilə bağlı konsensusa gəliblər.

Şolz bildirib: “Avropada Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə etmək istədiyimiz barədə konsensusumuz var. Bu, əhəmiyyətli bir məbləğdir, ildə bir neçə milyard təşkil edir. Biz orada da razılığa gəldik ki, hazırda yekunlaşmaq üzrədir ki, biz də bu vəsaitin təxminən 90%-ni Ukraynanın müdafiə məqsədləri üçün istifadə etmək istəyirik”.

Onun sözlərinə görə, Avropa İttifaqı da razılaşır ki, bu pul “yalnız Aİ-də deyil, bütün dünyada” silah almaq üçün istifadə oluna bilər.

Mart ayında Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-nin Ukraynaya hərbi yardımı maliyyələşdirən Aİ-nin idarə etdiyi fonda yönəldilməsini təklif etmişdi.

"Cebhe.info"