Sabiq nazir həbsdə qaldı

Sabiq nazir həbsdə qaldı

Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbsdə qalması ilə bağlı qərar qəbul edib.

Modern.az xəbər verir ki, bunu vəkil Andranik Manukyan "Sputnik Armenia"ya bildirib.

2 il 7 aydır həbsdə olan Tonoyanın müdafiəsi tərəfinin iki vəsatəti rədd edilib. Həm ev dustaqlığına keçidlə bağlı, həm də ümumilikdə həbsin ləğvi ilə bağlı.

Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur.

"Cebhe.info"