Tailandın kurort şəhəri yaxınlığında kimyəvi qəza: Sakinlər təcili təxliyə edildilər

Tailandın kurort şəhəri yaxınlığında kimyəvi qəza: Sakinlər təcili təxliyə edildilər

Tailandın Pattaya kurort şəhəri yaxınlığındakı Banq Lamunq bölgəsində yerləşən buz fabrikində ammonyak sızması baş verib.

Sızmaya dəqiq nəyin səbəb olduğu məlum deyil.

Artıq 130-a yaxın insan xəsarət alıb. Zərərçəkənlərdən bəzisi huşsuz vəziyyətdədir. Bir çoxu gözlərində və burunlarında yanma, həmçinin sinədə sıxılma hissindən şikayət edir.

Üç kilometr radiusda olan bütün sakinlər təcili olaraq evlərindən təxliyə ediliblər.

Turistlər təşviş içindədirlər ki, təsir zonası hotellərə də çata bilər.

Bölgənin fövqəladə hallar xidmətinin əməkdaşları sızmanın nəticələrinin yaxın iki gündə aradan qaldırılacağına söz veriblər. Bu zaman ərzində evdən çıxmamaq və pəncərələri açmamaq tövsiyə olunub. Baxmayaraq ki, sakinlərin bir çoxu ammonyakın xarakterik qoxusunu hiss etməyib.

"Cebhe.info"