Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadıldı

Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə uzadılmasını təsdiqləyib.

Bu barədə UNIAN məlumat yayıb.

339 deputat bunun lehinə səs verib. Əleyhinə səs verən və bitərəf qalan olmasa da, 10 deputat səsvermədə iştirak etməyib.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

"Cebhe.info"