Ukraynaya gecə hücumu: Niyə məhz bu gün?

Ukraynaya gecə hücumu: Niyə məhz bu gün?

Xəbər verdiyimz kimi, Rusiya bu gün gecə saatlarında  Ukraynaya kütləvi dron hücumu edib.

Ukrayna Prezidenti Vladimir Zelenski enerji obyektlərinə yeni kütləvi hücumu şərh edib və bunu mayın 8-də ölkədə qeyd olunan İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə və Anımm Günü ilə əlaqələndirib.

“Cebhe.info” xəbər verir ki, Zelenski deyib: “50-dən çox raket və 20-dən çox kamikadze Lvov, Vinnitsa, Kiyev, Poltava, Kirovoqrad, Zaporojye, İvano-Frankivsk vilayətlərinin infrastrukturuna daxil olub. Terrorun nəticələrini aradan qaldırmaq üçün bütün lazımi xidmətlər artıq yerlərdə işləyir”.

“Bütün dünya kimin kim olduğunu aydın başa düşməlidir. Bütün dünyanın nasizmə bir daha şans verməyə haqqı yoxdur”, - Prezidentin teleqramda dərc olunan bəyanatında deyilir.

Rusiya yeni kütləvi zərbə ilə bağlı xəbərləri şərh etməyib. 

Xəzər
“Cebhe.info”