Xəstəxanaya bıçaqlı hücum: 10-dan çox adam ölüb

Xəstəxanaya bıçaqlı hücum: 10-dan çox adam ölüb

İlkin məlumatlara görə, Çinin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanaya bıçaqla hücum nəticəsində 10-dan çox adam həlak olub.

"Cebhe.info" xəbər verir ki, Çinin "Sinxua" agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq rayonunda Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Yerli hakimiyyət orqanları hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edənin saxlanıldığını və hadisə ilə bağlı istintaqın davam etdiyini qeyd edib.

Yunnanla bitişik Guicou əyalətində yayımlanan "Guizhou TV" sosial media hesabında isə hücumda 23 nəfərin yaralandığını açıqlayıb. 

Nigar Hacılı 
"Cebhe.info"